“Avropa İttifaqı artıq suveren dövlətlər birliyi deyil”
Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alisa Vaydel Avropa İttifaqının (Aİ) artıq suveren dövlətlər birliyini təmsil etmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “Welt” nəşrinə açıqlamasında danışıb.
Vaydelin sözlərinə görə, Avropa İttifaqı yenidən qurulmalı, milli parlamentlərin və hökumətlərin səlahiyyətləri bərpa edilməlidir.
O qeyd edib ki, hazırda Aİ üçün qanunvericilik təşəbbüslərini yalnız birbaşa seçilməyən Avropa Komissiyası irəli sürə bilər. Siyasətçi bunu qarşılıqlı nəzarət sisteminin və demokratik qərar qəbuletmə prosesinin ciddi pozuntusu adlandırıb.
Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyaya qarşı enerji sanksiyalarının ləğvi ehtimalını şərh edib. O bildirib ki, Rusiya müharibəni dayandırana qədər sanksiyalar qüvvədə qalacaq.
Xədicə BAXIŞLI












