Tramp Zelenskinin tənqidinə görə qəzəblənib - KİV
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin tənqidindən qəzəblənib.
Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Norveçdə keçirilən danışıqlar zamanı Zelenskini Trampın ünvanına səsləndirdiyi tənqidi fikirlərə görə iradlandırıblar. Onlar ABŞ prezidentinin Ukrayna liderinin davranışından qəzəbləndiyini bildiriblər.
Mənbənin sözlərinə görə, Zelenski etiraz etməyə çalışıb və əvvəlki sözlərindən geri çəkilib. Bununla belə, o, verilən mesajı anlayıb. Ukrayna Prezidenti mətbuat konfransı zamanı Trampın ünvanına sərt ifadələr işlətməyib və ABŞ-yə göstərdiyi yardıma görə təşəkkür edib.
Xatırladaq ki, bundan əvvəl Tramp Zelenskini tənqid edərək, onun münaqişənin başa çatmasına kömək etmədiyini və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar üçün başqa tərəfdaş axtarmalı olduğunu bildirib.
Oktyabrın 19-da “The Wall Street Journal” qəzeti Rusiya Prezidenti Vladimir Putinin ABŞ və Çin liderlərinə gələn ay Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün görüşməyi təklif etdiyini yazıb. Ertəsi gün Tramp bu ideyanı dəstəkləyib.
Xədicə BAXIŞLI












