Medvedev Mertsi “nasist nəvəsi” ADLANDIRDI

 23:30 21.10.2026     84

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniya kansleri Fridrix Mertsin Rusiyanın Almaniya cəmiyyətinə təsiri ilə bağlı açıqlamasını istehza ilə qarşılayıb.

Redaktor.az xəbər verir ki, Medvedev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Əla kansler! Siz almanların bəxti necə də gətirib”, – deyə o yazıb və Mertsi “nasist nəvəsi” adlandırıb.

Medvedev bu ifadələrlə Mertsin Rusiyanın Almaniya cəmiyyətinə təsirinin onu ölkədəki iqtisadi vəziyyətdən, Avropa İttifaqındakı durumdan, eləcə də ABŞ və Çinlə münasibətlərdən daha çox narahat etdiyi barədə açıqlamasına münasibət bildirib.

Almaniya kansleri, həmçinin Kiyevin mümkün kapitulyasiyasını bütün avropalıların məğlubiyyəti kimi qiymətləndirib.

“Lakin xüsusilə qeyd-şərtsiz kapitulyasiya variant deyil, çünki bu, hamımızın kapitulyasiyası olardı”, – Merts bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən