Sergen Yalçının Türkiyə millisində alacağı maaş məlum OLDU
Vinçentso Montella ilə yolların ayrılmasından sonra Türkiyə milli komandasının baş məşqçisi vəzifəsinə gətirilən Sergen Yalçının alacağı maaşın məbləği məlum olub.
Redaktor.az xəbər verir ki, bu barədə "Haber7" saytı məlumat yayıb.
Sayt jurnalist İbrahim Setenin məlumatına istinadən yazır ki, Sergen Yalçının illik maaşı 2.5 milyon avro olacaq. Onunla dördillik müqavilə imzalanacağı bildirilir.
Müqavilədə, həmçinin 1 milyon 50 min avro məbləğində təzminat maddəsinin yer aldığı qeyd olunur.
Qeyd edək ki, müqavilənin maliyyə şərtləri ilə bağlı rəsmi açıqlama verilməyib.












