Moskva aeroportu xüsusi rejimdə İŞLƏYİR
Rusiyanın paytaxtı Moskvadakı Vnukovo hava limanı təyyarələri yalnız müvafiq qurumlarla razılaşdırıldıqdan sonra qəbul edir və yola salır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Bildirilib ki, qərar hava limanı ərazisində hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.
NURİYYƏ












