ABŞ, Rusiya və Çin arasında danışıqlarda Ukrayna məsələsi müzakirə olunacaq - Tramp

 09:56 22.10.2026     31

ABŞ Prezidenti Donald Tramp Rusiya, ABŞ və Çin arasında keçirilməsi ehtimal olunan üçtərəfli danışıqlarda Ukrayna münaqişəsinin həlli məsələsinin də müzakirə ediləcəyini bildirib. Onun sözlərinə görə, görüşün gündəliyinə nüvə silahlarından imtina, yəni nüvəsizləşdirmə məsələsi də daxil olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Tramp Ağ Evin jurnalistlər üçün nəzərdə tutulan mətbuat hovuzuna açıqlamasında danışıb.

Vaşinqton yaxınlığındakı Endryus aviabazasında jurnalistlər ABŞ liderindən mümkün danışıqlarda Ukrayna məsələsinin müzakirə olunub-olunmayacağını soruşublar.

Tramp suala cavabında bildirib ki, müzakirələr təkcə Ukrayna böhranı ilə məhdudlaşmayacaq, nüvəsizləşdirmə məsələsi də gündəmdə olacaq.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən