"Yaxın vaxtlarda Konstitusiya layihəsi dərc olunacaq" - Paşinyandan seçki ANONSU

 13:32 22.10.2026     42

Yaxın vaxtlarda Konstitusiya layihəsi dərc olunacaq, ictimai müzakirələr başlayacaq və sənəd parlamentə təqdim ediləcək.

Redaktor.az yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Hökumət rəhbəri müxalifəti bu məsələnin vacibliyinə inandırmağa çalışacaqlarını, bunun nəticə verməyəcəyi təqdirdə, digər ssenariləri, o cümlədən növbədənkənar seçkilərin keçirilməsini nəzərdən keçirəcəklərini deyib.

“Biz müxalifətdəki həmkarlarımızı bunun Ermənistan dövlətinin mövcudluğunun təmin edilməsi məsələsi baxımından vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq. Əgər bu, nəticə verməsə, növbədənkənar seçkilərin keçirilməsi ehtimalı da daxil olmaqla, digər ssenariləri nəzərdən keçirəcəyik”, - Paşinyan bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən