Avropa ölkələri Ukrayna ilə bağlı danışıqlarda iştirak uğrunda mübarizə APARIR
Avropa İttifaqına üzv ölkələr Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarında daha çox söz sahibi olmağa və danışıqlar masasında yer əldə etməyə çalışırlar.
Redaktor.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Osloda səfəri zamanı Avropa rəsmiləri sülh prosesində iştirak etməkdə israr edib və mərhələli yanaşmanın tətbiqini təklif ediblər.
Avropa İttifaqı liderləri üçtərəfli dialoqun əvvəlcə texniki səviyyədə başlamasına, yalnız bundan sonra dövlət başçılarının danışıqlar masasına əyləşməsinə üstünlük verirlər.
NURİYYƏ












