ABŞ-nin neft ehtiyatları AZALIB

 19:00 22.10.2026     54

ABŞ-nin kommersiya xam neft ehtiyatları azalır.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3 milyon 100 min barel azalaraq 412 milyon 500 min barel olub. Bazar proqnozları ehtiyatların 100 min barel azalacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 300 min barel azalaraq 282 milyon 700 min barel olub. Ölkənin benzin ehtiyatları hesabat həftəsində 3 milyon barel azalaraq 205 milyon 300 min barel təşkil edib.

Vumart və Güvən reklamı Vumart Güvən