Rusiya və Ukrayna danışıqlarda bəzən güzəştə getmək istəmir - Vens
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Rusiya və Ukraynanın münaqişənin həlli ilə bağlı danışıqlarda bəzən güzəştə getmək istəmədiklərini bildirib.
Redaktor.az xəbər verir ki, Vens bu barədə jurnalist Raymond Arroyo ilə müsahibəsində danışıb.
“Bəzən Ukrayna tərəfinin bir qədər daha güzəştsiz mövqe tutduğunu görürük. Bəzən isə Rusiya tərəfi daha çox güzəştə getmək istəmir. Diplomatiyanın vəzifəsi də məhz belə məsələlərlə məşğul olmaq və problemləri həll etməyə çalışmaqdır”, – deyə o vurğulayıb.
Vens Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan dizel yanacağı ilə bağlı razılaşmaya da münasibət bildirib. O qeyd edib ki, Vaşinqton çoxsaylı fikir ayrılıqlarına baxmayaraq, bu, ABŞ vətəndaşlarının maraqlarına uyğun olduğu halda Moskva ilə əməkdaşlığa hazırdır.
Xatırladaq ki, Vens daha əvvəl Ukraynanın “Starshield” peyk rabitə sisteminə çıxışının İlon Maskın deyil, Vaşinqtonun mövqeyindən asılı olduğunu bildirib.
Xədicə BAXIŞLI












