Tramp Maskdan Ukraynada Starlink məhdudiyyətlərini aradan qaldırmağı istədi

 22:55 22.10.2026     94

ABŞ Prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maska zəng edərək Ukraynada “Starlink” sisteminin fəaliyyətinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kremlinin Ukraynada “Starlink” sisteminin fəaliyyətinə məhdudiyyətlər qoyulması ilə bağlı mediada yayılan məlumatlardan başqa heç bir məlumata malik olmadığını bildirmişdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən