Çində güclü zəlzələ: 16 ölü, 46 yaralı

 09:00 23.10.2026     128

Çinin Tibet bölgəsində verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46-ya yüksəlib. Onlardan 11-nin vəziyyəti ağırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. 

Bundan əvvəl oktyabrın 22-də baş verən 7 bal gücündə zəlzələ nəticəsində 16 nəfərin öldüyü, 35 nəfərin yüngül xəsarət aldığı açıqlanmışdı. 

Hadisə nəticəsində təxminən 340 ev dağılıb və ya zədələnib. 

Xilasedicilər hadisə bölgəsində işləyir, zərərin miqyası qiymətləndirilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən