Tramp yenidən prezidentliyə namizəd olmaq hüququnun olduğunu DÜŞÜNÜR
ABŞ Prezidenti Donald Tramp konstitusiyada nəzərdə tutulan məhdudiyyətlərə baxmayaraq, yenidən prezidentliyə namizəd olmaq hüququnun olduğunu düşündüyünü bildirib.
Redaktor.az “Newsweek”ə istinadən xəbər verir ki, Tramp bu barədə Ayova ştatında keçirilən seçki kampaniyası zamanı danışıb.
O bildirib ki, 2020-ci il prezident seçkilərində Demokratlar tərəfindən aldadıldıqlarını düşünür və bu səbəbdən yenidən namizəd olmaq hüququna malik olduğuna inanır.
Tramp çıxışı zamanı 2020-ci il seçkilərinin nəticələrini şübhə altına alaraq, Demokrat Partiyasının nümayəndələrini seçkiləri saxtalaşdırmaqda ittiham edib. Həmin seçkilərdə Co Bayden qalib gəlmişdi.
Aytəkin TOFİQQIZI












