İrandan ABŞ-yə XƏBƏRDARLIQ

 12:40 23.10.2026     62

ABŞ ilə İran arasında hərbi qarşıdurma yenidən başlasa, münaqişə daha geniş miqyas ala və bir çox ölkəyə təsir edə bilər.

Redaktor.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda-Hüseyn Maleki bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranı “batırmaq” cəhdləri bir çox ölkə üçün ciddi problemlərə səbəb ola bilər.

“Əgər onlar İranı küncə sıxışdırmağa, ‘batırmağa’ çalışsalar, İran bir çox başqa ölkələri də özü ilə birlikdə aşağı çəkəcək”, - deyə Maleki vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən