Ukrayna üçün peyk rabitə şəbəkəsi yaradılması müzakirə olunur

 13:16 23.10.2026     69

Ukrayna üçün suveren peyk rabitə şəbəkəsinin yaradılması imkanları araşdırılır.

Redaktor.az xəbər verir ki, Avropanın "ICEYE" və "Nokia" şirkətləri Ukrayna Müdafiə Nazirliyi ilə kosmik sahədə əməkdaşlığa dair niyyət məktubu imzalayıblar.

Şirkətlərin birgə açıqlamasında bildirilib ki, əməkdaşlıq Kiyevin müdafiə potensialının dəstəklənməsinə yönəlib.

Qeyd edək ki, oktyabrın əvvəlində "ICEYE" və "Nokia" suveren genişzolaqlı peyk rabitə sistemlərinin hazırlanması üçün tərəfdaşlıq elan ediblər. Layihənin müxtəlif missiyaların həyata keçirilməsinə imkan verən aşağı Yer orbitindəki peyklərə əsaslanması nəzərdə tutulur.

Nokia-nın açıqlamasına görə, Avropa texnologiyalarına əsaslanan bu sistemlər ölkələrə peyklər, yerüstü infrastruktur və rabitə terminalları üzərində sahiblik və idarəetmə imkanı verəcək.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən