İstehsalat bazasına ayı hücumu: 1 nəfər öldü

 13:36 23.10.2026     61

Rusiyanın Krasnoyarsk diyarında ayı hücumu nəticəsində bir nəfər ölüb.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk diyarının Boquçanski rayonunda yerləşən istehsalat bazasında baş verib.

Məlumata görə, ayı gecə saatlarında bazanın mühafizəçisinə hücum edib. Nəticədə kişi həyatını itirib.

Məlumata görə, hücum edən ayı artıq məhv edilib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən