Restoranda gələn hesabı baha bilib məhkəməyə VERDİ

 16:42 23.10.2026     60

Taylandda bir kafe yeməyinin qiymətini həddindən artıq baha hesab edən kişidən 30 min dollar təzminat tələb edir. Kişi sosial şəbəkədə yeməyin qiymətindən narazılığını bildirdikdən sonra böhtan ittihamı ilə üzləşib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Thaiger” nəşri məlumat yayıb.

Hadisə Banqkokdakı xəstəxanalardan birində fəaliyyət göstərən kafedə baş verib. Kişi sosial şəbəkə hesabında reyhanla qızardılmış toyuq, düyü, yumurta və balıq sousundan ibarət yeməyin fotosunu paylaşıb. O, yeməyin qiymətinə etiraz edərək onu həddindən artıq baha adlandırıb.

Bundan sonra kişi böhtan ittihamı ilə məhkəmə iddiası ilə üzləşib. Kafe ona qarşı 1 milyon Tailand batı, yəni təxminən 30 min dollar məbləğində təzminat tələbi irəli sürüb. Hazırda kişi hüquqi yardım almaq üçün vəkil axtarır.

Tailandlı hüquqşünas Monçay Çonqkrayrattanakul bildirib ki, insanlar biznes fəaliyyəti ilə məşğul olan müəssisələri dürüst şəkildə tənqid edə bilərlər. Rəydə yalan məlumatların yer almaması onun avtomatik olaraq qanun pozuntusu sayılmaması üçün əhəmiyyətlidir. Bununla belə, tənqidi fikirlər bəzi hallarda böhtan ittihamlarına səbəb ola bilər.

Hüquqşünas 30 min dollarlıq təzminat tələbini kifayət qədər böyük məbləğ kimi qiymətləndirib. O, sosial şəbəkələrdə rəy yazanlara faktlara əsaslanmağı, ifadələri diqqətlə seçməyi və məlumatları təhrif etməməyi tövsiyə edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən