Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
Rusiya Prezidenti Vladimir Putini doğum günü münasibətilə Teleqramda təbrik edən Ukraynada Ali Radasının deputatı Artyom Dmitruka qarşı cinayət işi açılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ölkənin Baş Prokurorluğundan bildirilib ki, iş Rusiyanın Ukraynaya qarşı cinayətlərinə bəraət qazandırma maddəsi ilə açılıb.
Dmitruk oktyabrın 7-də, Putinin doğum günündə teleqram kanalında ona təbrik mesajı paylaşıb.












