Moskvaya uçan təyyarə Bakıya yönləndirildi

 19:48 23.10.2026     63

Moskvanın Şeremetyevo hava limanında hava həyəcanı elan olunub, sərnişinlər təhlükəsiz zonalara və sığınacaqlara təxliyə edilir.

Redaktor.az xəbər verir ki, hava limanının mətbuat xidmətinin məlumatına görə, bütün terminallarda uçuşqabağı yoxlama və uçuş zonalarına giriş məhdudlaşdırılıb.

Eyni zamanda, pilotsuz uçuş aparatlarının hücum təhlükəsi ilə əlaqədar Moskvaya uçan doqquz reys ehtiyat aerodromlara yönləndirilib.

Dohadan gələn təyyarə Bakıya, Hanoy, Murmansk, Pekin və Kalininqraddan gələn reyslər Sankt-Peterburqa, Pekindən gələn təyyarə isə Minskə yönləndirilib.

Vumart və Güvən reklamı Vumart Güvən