Vaşinqtonda Ukrayna səfirliyinin ətrafında yollar BAĞLANDI

 21:30 23.10.2026     74

ABŞ-nin paytaxtı Vaşinqtonda Ukrayna səfirliyinin yaxınlığında şübhəli əşya aşkarlanması səbəbindən yollar müvəqqəti bağlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Polis əməkdaşlarının sözlərinə görə, hadisə yerində partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə xüsusi bölmə işləyib. Araşdırma davam etdirilib və hüquq-mühafizə orqanları vətəndaşları həmin ərazidən uzaq durmağa çağırıb.

Sonradan polis yolların bağlanmasını aradan qaldırıb və Ukrayna səfirliyinin ətrafında nəqliyyatın hərəkəti tam bərpa olunub.

Qeyd edək ki, sentyabrda Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukraynanın xaricdəki səfirliklərinin xarici muzdlu döyüşçülərin cəlb edilməsi ilə məşğul olan qurumlara çevrildiyini iddia edib. Diplomatın sözlərinə görə, bu vəziyyət 2022-ci ildən müşahidə olunur.

Daha əvvəl Ukrayna səfirliklərinin kişiləri avtomatik olaraq hərbi qeydiyyata almağa başlayacağı barədə məlumat yayılıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən