Mask Ukrayna hakimiyyətini ABŞ-nin yardım pullarını yumaqda ittiham ETDİ

 22:09 23.10.2026     66

“SpaceX” şirkətinin qurucusu İlon Mask Ukrayna hakimiyyətini ABŞ-nin ölkəyə ayırdığı yardım vəsaitlərini yumaqda ittiham edib.

Redaktor.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun iddiasına görə, ABŞ vergi ödəyicilərinin vəsaitlərinin bir hissəsi müxtəlif pul yuma sxemləri vasitəsilə yenidən Amerikaya qaytarılır və siyasi kampaniyaların maliyyələşdirilməsinə yönəldilir.

Mask hesab edir ki, bəzi siyasətçilərin Ukraynaya ABŞ-dən daha çox önəm verməsinin səbəbi də budur.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin “Starlink” peyk rabitə sistemindən istifadəsinə məhdudiyyətlərin Maskın təşəbbüsü ilə tətbiq oluna biləcəyi barədə məlumat yayılıb. Bildirilib ki, sahibkar Ukrayna ordusunu Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrə görə “cəzalandırmaq” istəyib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən