Ağ Evdən Oleşki atəşkəsiylə bağlı açıqlama: “Sülhə doğru müsbət addımdır”

 22:58 23.10.2026     173

Ağ Evin kommunikasiya direktoru Stiven Çunq Rusiya ilə Ukrayna arasında Xerson vilayətinin Oleşki şəhərində əldə olunan atəşkəs razılaşmasını müsbət qiymətləndirib.

Redaktor.az xəbər verir ki, Çunq bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, Aleşkidə atəşkəs barədə razılaşmanı böhranın nizamlanması istiqamətində əhəmiyyətli hadisə və sevindirici xəbər adlandırıb.

“Bu, sülhə doğru vacib və müsbət addımdır”, – deyə Çunq qeyd edib.

Xatırladaq ki, ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna oktyabrın 29-dan qüvvəyə minəcək lokal atəşkəs barədə razılığa gəliblər. Tərəflər Xerson vilayətinin Aleşki şəhərində bütün döyüş əməliyyatlarını müvəqqəti dayandırmağa razılaşıblar.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən