Rusiya dizel yanacağını ABŞ-yə göndərməyə BAŞLADI

 23:43 23.10.2026     127

Rusiya dizel yanacağının ABŞ-yə və Atlantik okeanının şərq sahillərinə əlavə tədarükünə başlayıb. İlk üç tanker artıq yola çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak RİA Novosti agentliyinə açıqlamasında bildirib.

Novak qeyd edib ki, dünya dizel bazarının yanacaqla təmin olunması barədə əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq, Rusiya dünya bazarlarına, o cümlədən ABŞ-yə əlavə dizel yanacağı göndərəcək.

Onun sözlərinə görə, tədarükün əsas hissəsi “Rosneft” şirkətinin resursları hesabına həyata keçirilə bilər.

Novak, həmçinin Rusiyanın dizel yanacağı ixracının həcmini 2026-cı ilin sonunadək tam bərpa edə biləcəyini bildirib.

Xatırladaq ki, oktyabrın 10-da Rusiya hökuməti Vladimir Putin və Donald Tramp arasında əldə olunan razılaşmaların icrası çərçivəsində dizel yanacağının ixracına qoyulan qadağanı qismən aradan qaldırıb. Qərar dünya bazarına 500 min ton dizel yanacağının çıxarılmasına imkan verir.

Bundan əvvəl ABŞ-də Rusiya dizel yanacağının aralıq seçkilərə qədər ölkəyə çatacağı barədə məlumat yayılmışdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən