İtaliyada iğtişaşlar BAŞLADI

 23:21 24.10.2026     125

İtaliyanın bir neçə şəhərində hökumət siyasətinə, yüksək yanacaq qiymətlərinə və inflyasiyaya qarşı etiraz aksiyaları keçirilib.

Redaktor.az xəbər verir ki, Turin, Bolonya və Florensiyada polislə toqquşmalar qeydə alınıb.

Romada İtaliyanın davam edən münaqişələrdə iştirakına qarşı yürüş keçirilib. İştirakçılar yenidən silahlanmaya və hərbi xərclərin artırılmasına, eləcə də NATO və İsrailin hərəkətlərinə etiraz ediblər. Maskalı gənclərdən ibarət kiçik bir qrup Kolizeyə daxil olub, lakin tez bir zamanda çıxarılıblar.

Şəhərdə yüksək təhlükəsizlik tədbirləri görülüb. Polis kordonları əsas meydanları bağlayaraq etirazçıları geri itələyib.

Saxlanılanlar var.

Vumart və Güvən reklamı Vumart Güvən