Gürcüstanda məktəbə hücum planlayanlar saxlanıldı

 23:40 24.10.2026     64

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olublar və Tbilisidə bir məktəbə hücum etməyi planlaşdırıblar. Onlar talan təşkil etmək və silahdan istifadə edərək məktəbdə olan şəxslərin sağlamlığına zərər vurmaq niyyətində idilər.

Saxlanılanlara Cinayət Məcəlləsinin zorakılıq və talanlara, başqasının əmlakına ziyan vurmağa, habelə silah istifadəsinə səbəb olan qrup hərəkətlərinin təşkili və iştiraka hazırlıq maddəsi üzrə ittiham irəli sürülüb.

Saxlanılanları altı ildən doqquz ilə qədər həbs cəzası gözləyir.

Məhkəmə artıq yetkinlik yaşına çatmayanlardan biri üçün məhkəməyəqədər həbs qərarı verib, prokurorluq digəri ilə bağlı məhkəmədə vəsatət qaldıracaq.

Vumart və Güvən reklamı Vumart Güvən