Bu ölkədə təyyarə qəzaya uğradı - Ölən var
Bolqarıstanın Pleven şəhəri yaxınlığındakı Bohot kəndində Çesna təlim təyyarəsi qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 22 yaşlı pilot həlak olub.
Təyyarə evin həyətinə çırpılıb. İlkin məlumatlara görə, uçuş icazəsiz olub.












