Tramp İrandakı vəziyyətdən danışdı: "Kiminlə danışacağımızı bilmək üçün dayanmalıyıq"
Amerika lideri İran rəhbərliyinin sıradan çıxarıldığını və ölkənin hərbi potesialının zəiflədildiyini iddia edib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Onların nə təyyarələri, nə gəmiləri, nə də liderləri qalıb. Birinci və ikinci səviyyəli rəhbərlik yoxa çıxıb. Mən dayanmalıyam, çünki kiminlə danışdığımızı anlamalıyıq", - deyə Tramp vurğulayıb.
Tramp 2018-ci ildə nüvə sazişindən çıxmaq qərarının kritik bir anda verildiyini və Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi daşıdığını xatırladıb. O, ABŞ-nin İranı hərbi və maliyyə baxımından məğlub etdiyini iddia edərək, Tehranın heç bir halda nüvə silahına yiyələnməməsi üçün bütün addımların atılacağını bildirib.
Mitinqdən əvvəl mətbuat mənsubları ilə söhbətində Tramp "Wall Street Journal" müxbirinin ABŞ-nin İrana ehtimal olunan zərbə vaxtı ilə bağlı sualını "axmaq sual" adlandırıb. O qeyd edib ki, Vaşinqton həm hərbi variantı, həm də Tehranla yeni bir razılaşma əldə etmək imkanlarını masa üzərində saxlayır.
Aminə ŞAHSUVARQIZI












