Ukraynanın 9 bölgəsinin enerji infrastrukturuna ziyan dəyib - Zelenski
Rusiya ordusunun bu gecə endirdiyi hava zərbələri nəticəsində 9 bölgənin enerji, kritik infrasturukturuna ziyan dəyib.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelelenski teleqram səhifəsində bildirib.
Zelenskinin sözlərinə görə, bu axşam Dnepropetrovsk bölgəsində Rusiyanın atəş açması nəticəsində dörd nəfər həlak olub. 11 yaşlı qız da daxil olmaqla daha 22 nəfər yaralanıb. Vinnitsada Rusiya pilotsuz təyyarəsi çoxmərtəbəli binaya zərbə endirib. Altı nəfər yaralanıb. Xarkovda ruslar əvvəlcə tikinti hipermarketinə zərbə endirib, sonra hadisə yerinə gələn təcili yardım xidmətlərinə qarşı hücum həyata keçiriblər. Xilasedicilər yaralanıb. Həmçinin gecə istilik elektrik stansiyalarına, yarımstansiyalara, kömür mədənlərinə, taxıl anbarlarına, ticarət mərkəzlərinə və poçt terminalına zərbələr endirilib. Doqquz bölgəyə ziyan dəyib.
Prezident, həmçinin vurğulayıb ki, təkcə bu həftə Rusiya Ukraynaya təxminən 1600 idarə olunan bomba, ballistik raketlər də daxil olmaqla müxtəlif növ 48 raket və təxminən 2300 hücum dronu atıb.
“Təəssüf ki, bu qəddar hücumlar demək olar ki, hər gün insan itkisinə səbəb olur. Danışıqlar davam etsə də, həyatı müdafiə edənlərə dəstəyin fasiləsiz davam etməsi vacibdir”, - deyə Zelenski əlavə edib.












