Braziliyada taleyüklü prezident seçkiləri: Solçular və sağçılar üz-üzə

 15:45 25.10.2026     74

Braziliyada bazar günü prezident seçkilərinin ikinci turu keçirilir. Seçkilərin nəticələri Latın Amerikasının bu ən böyük ölkəsinin siyasi kursunu köklü şəkildə dəyişə və onu ABŞ-yə yaxınlaşdıra bilər.

Redaktor.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı postu uğrunda hazırkı solçu prezident Luis İnasio Lula da Silva ilə keçmiş prezident Jair Bolsonaronun oğlu, sağçı senator Flavio Bolsonaro mübarizə aparır.

Birinci turda Flavio Bolsonaro gözlənilmədən səslərin 47 faizini toplayaraq rəqibini (45%) geridə qoyub. İkinci tur öncəsi sorğular namizədlərin şanslarının bərabər olduğunu və Lula da Silvanın son günlərdə aradakı fərqi minimuma endirdiyini gösterir.

Seçki kampaniyasının əsas mövzularından biri 2022-ci il seçkilərindən sonrakı çevriliş cəhdinə görə 2025-ci ildə həbs olunan Jair Bolsonaronun taleyi olub. Flavio qalib gələcəyi təqdirdə atasını əfv edəcəyini vəd edib. ABŞ Prezidenti Donald Tramp bu məhkəmə işini "cadugər ovu" adlandıraraq Braziliyaya qarşı ağır tariflər tətbiq etmişdi. Lula isə Vaşinqtonu Bolsonaro ailəsini dəstəkləməkdə və seçkilərə müdaxilə etməkdə ittiham edir.

Flavio Bolsonaro seçki öncəsi vədlərində iqtisadi narahatlıqlara toxunub, cinayətkarlığa karşı mübarizədə sərt tədbirlər və kimyəvi kastrasiya kimi cəzalar təklif edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən