Ərdoğan Azərbaycana görə öz müşavirini işdən ÇIXARDI

 20:35 25.10.2026     612

Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, türkiyəli jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini X hesabında yazıb.

Jurnalistin sözlərinə görə, o, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub.

Saral cavabında “Bəli” deyərək, bu qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini bildirib.

“Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral bildirib.

Atillanın Azərbaycanla bağlı açıqlamalarının onun vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə sualına isə Saral “Bəli, elə görünür” cavabını verib.

2
Vumart və Güvən reklamı Vumart Güvən