“Bu gün hücum olmayacaq”

 21:31 25.10.2026     113

ABŞ Prezidenti Donald Tramp bu gün İrana hücum edilməyəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdən Miçiqan ştatında keçiriləcək seçki mitinqinə yollanarkən jurnalistlərin suallarını cavablandırıb.

İrana qarşı hücumların yaxın vaxtlarda başa çatmasının gözlənilib-gözlənilmədiyi barədə suala cavabında ABŞ Prezidenti belə deyib:

“Heç nə demək istəmirəm. Cavab xeyrdir. Bu gün hücum olmayacaq”.

Tramp daha əvvəl İranla müharibədə istədikləri bütün nəticələrə nail olduqlarını iddia edib. O, İranın hərbi və iqtisadi imkanlarının ciddi şəkildə zəiflədildiyini bildirib.

ABŞ Prezidenti Tehranla razılaşma əldə etmək və ya hərbi əməliyyatları davam etdirmək arasında seçim qarşısında olduqlarını vurğulayıb: “Onlarla razılaşma əldə edim, yoxsa onları məhv edim? Yeganə sual budur”.

Tramp həmçinin Hörmüz boğazına tam nəzarət etdiklərini və ABŞ-ın İrana qarşı dəniz blokadasının effektiv şəkildə davam etdiyini iddia edib.

Xatırladaq ki, ABŞ Prezidenti ötən gün də İranı yenidən bombalama ehtimalını istisna etməyib. O, ya müharibəni sonadək davam etdirməli olacağını, ya da İranın razılaşmaya gedəcəyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən