Putinlə Trampın mümkün görüşünün yeri bəlli oldu

 21:43 25.10.2026     106

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında yeni ikitərəfli görüş Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tuta bilər.

Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsi məsələsi müzakirə olunur. Peskov Putinlə Trampla yanaşı, onların Çin Prezidenti Si Cinpinlə üçtərəfli görüşünün də baş tutacağına ümid etdiyini bildirib. Bununla belə, o, hələlik yekun razılaşmanın olmadığını vurğulayıb.

Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Çin tərəfinin Rusiya, Çin və ABŞ liderlərinin mümkün görüşünə hazırlaşdığını bildirmişdi.

APEC sammitinin noyabrın 18-19-da Şençjendə keçirilməsi planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən