Bolqarıstanda prezident seçkilərinin birinci turu: İliana Yotova liderdir
Bolqarıstanda keçirilən prezident seçkilərinin birinci turunun "exit-poll" nəticələrinə əsasən, hazırkı dövlət başçısı İliana Yotova səslərin 35,3 faizini toplayaraq ilk sırada qərarlaşıb.
Redaktor.az "Alpha Research" və "Myara" agentliklərinin Bolqarıstan Milli Televiziyasında yayımlanan sorğu nəticələrinə istinadən xəbər verir ki, onun əsas rəqibi, müxalifətin dəstəklədiyi keçmiş texniki baş nazir Andrey Gyurov 32 faiz səs toplayaraq ikinci olub.
Bu nəticələrə əsasən, İliana Yotova və Andrey Gyurov noyabrın 1-də keçiriləcək seçkilərin ikinci turunda mübarizəni davam etdirəcəklər. İlk üçlüyü isə 13 faizlik göstərici ilə "Dirçəliş" partiyasının sədri Kostadin Kostadinov tamamlayıb.
Səsvermə prosesində ən diqqətçəkən məqam rekord dərəcədə aşağı seçici fəallığı olub. Məlumatlara görə, səsvermə hüququ olan vətəndaşların yalnız 22,3 faizi seçki məntəqələrinə gəlib. Bu, Bolqarıstanda keçirilən seçkilər tarixində qeydə alınan en aşağı fəallıq göstəricisidir (əvvəlki antirekord 2007-ci ilin mayında 28,6% olaraq qeydə alınmışdı).
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rəsmi və dürüst nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.
Aminə ŞAHSUVARQIZI












