5,2 maqnitudalı zəlzələ baş verdi - Bu ÖLKƏDƏ

 23:09 25.10.2026     58

Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar ölkənin Hindukuş dağlıq bölgəsində baş verib.

Zəlzələnin episentri təxminən 161 min nəfərin yaşadığı Kunduz şəhərindən 206 kilometr şərqdə yerləşib.

Yeraltı təkanların ocağı 104 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən