Paşinyanın partiyası bələdiyyə seçkilərində qalib gəldi

 09:17 26.10.2026     139

Ermənistanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.

Redaktor.az xəbər verir ki, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan yerli özünüidarəetmə orqanlarına seçkilərin ilkin nəticələrini yayıb.

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası bir sıra icmalarda yüksək səs faizi qazanıb.

Nazirin məlumatına görə, hakim partiya Artik, Meğri, Yeğeqnadzor, Vayk, Cermuk, Tsağkadzor, Martuni, Artaşat, Axuryan, İcevan, Vardenis, Dilijan, Araks, Armavir və Qarnidə liderlik edir.

Ermənistanın 21 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilibş

Qeyd edək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası hələlik rəsmi nəticələri açıqlamayıb.

Vumart və Güvən reklamı Vumart Güvən