Avstriya kansleri ABŞ-ni Rusiya ilə əməkdaşlığa görə tənqid ETDİ

 09:25 26.10.2026     72

Avstriya kansleri Kristian Ştoker ABŞ-nin Rusiya ilə enerji sahəsində əməkdaşlığını uzaqgörən olmayan addım kimi qiymətləndirib. Onun sözlərinə görə, Vaşinqtonun bu siyasəti Avropa İttifaqı və Ukraynaya ziddiyyətli mesajlar verir.

Redaktor.az xəbər verir ki, bu barədə “Welt” qəzeti məlumat yayıb.

Ştoker bildirib ki, ABŞ hökumətinin son addımlarından bəziləri, o cümlədən Rusiyadan dizel yanacağının alınması uzaqgörənlikdən uzaq görünür.

Kanslerin fikrincə, Vaşinqton bir tərəfdən müharibənin tezliklə başa çatması üçün danışıqlarda maraqlı olduğunu bildirir, digər tərəfdən isə Rusiya ilə enerji əməkdaşlığını davam etdirir. Bu isə ABŞ-nin mövqeyində ziddiyyət yaradır və Avropa ilə Ukraynaya mürəkkəb mesaj göndərir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən