Timsah məktəblini PARÇALADI
Cənubi Asiyada, Hind okeanında yerləşən Şri-Lankada timsahın hücumuna məruz qalan 12 yaşlı məktəbli oğlan həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.
Hadisə oktyabrın 23-ü axşam saatlarında ölkənin Vambatuveva gölündə baş verib. Səkkizinci sinif şagirdi olan oğlan yetkin bir qadının müşayiəti ilə göldə üzməyə gedib.
Məlumata görə, oğlan suya girmək üçün pilləkənlərdə oturarkən göldə gizlənən timsah qəfil ona hücum edərək suyun altına çəkib.
Yerli sakinlər itkin düşən məktəblini bir neçə saat axtardıqdan sonra onun meyitini sudan çıxarıblar.
Nəşrin məlumatına görə, bu, Vambatuveva gölündə timsah hücumu nəticəsində baş verən ikinci belə hadisədir. Əvvəlki hücum zamanı bir kişi qolunun bir hissəsini itirib.
Aytəkin TOFİQQIZI












