Fransada etiraz aksiyaları zamanı xəsarət alan polislərin SAYI
Fransanın polis həmkarlar ittifaqı olan UN1TE ölkədə həftələrdir davam edən sosial etirazlar fonunda hüquq-mühafizə orqanları əməkdaşlarının yorğunluğunun artması barədə xəbərdarlıq edib və siyasətçiləri məsuliyyətlərini artırmağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə UN1TE-nin nümayəndəsi Mikayel Dekin “Franceinfo”ya açıqlamasında bildirib.
O deyib ki, polis əməkdaşları artıq bir aydır nümayişlərdə təhlükəsizliyi təmin etmək üçün səfərbər olunurlar. Onun sözlərinə görə, etirazlar başlayandan bəri mindən çox polis xəsarət alıb.
Həmkarlar ittifaqının nümayəndəsi siyasətçilərin etirazçıların narazılığı ilə üzləşərkən polis qüvvələrindən daim “bufer” kimi istifadə etməməli olduqlarını vurğulayıb.
Fransanın daxili işlər naziri Loran Nünes isə oktyabrın 24-də keçirilən aksiyalar zamanı hüquq-mühafizə orqanlarının 267 əməkdaşının və 150 nümayişçinin xəsarət aldığını bildirib.












