"Heqset bir aydır Ukraynaya Patriot və NASAMS raketlərinin göndərilməsi ilə bağlı sənədləri imzalamır"
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin müdafiə naziri Pit Heqsetin Ukraynaya Patriot və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin göndərilməsinə dair sənədləri bir aydan artıqdır imzalamadığını bildirib.
Redaktor.az xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında yazıb.
“Artıq bir aydan çoxdur ki, cənab Heqsetin Patriot və NASAMS raketləri ilə bağlı imzasını gözləyirik. ABŞ tərəfi ilə bu məsələni yenidən müzakirə etməyi tapşırdım”, - Ukrayna Prezidenti qeyd edib.
Zelenski məsələ ilə bağlı ABŞ tərəfi ilə danışıqların yenidən aparılmasını tapşırdığını vurğulayıb.
Qeyd edək ki, Patriot və NASAMS Ukraynanın hava hücumundan müdafiə sisteminin mühüm tərkib hissələridir. Bu sistemlər ölkənin hava məkanının qorunmasında, raket və digər hava təhdidlərinin qarşısının alınmasında istifadə olunur.












