"Məkkə İttifaqı" ölkələri razılığa GƏLDİ

 21:07 26.10.2026     66

Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmilərinin dördtərəfli görüşü başlayıb.

Redaktor.az xəbər verir ki, iştirakçılar arasında Ali Şuranın katibi də var.

Danışıqlardan sonra dörd ölkə regional sülh və təhlükəsizlik maraqları naminə əməkdaşlığı müzakirə etməyə davam etmək barədə razılığa gəlib.

Birgə bəyanatda bildirilir ki, iştirakçılar "dörd regional ölkə arasında, o cümlədən regionda sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirmək üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər".

Bəyanatda danışıqların məzmunu və ya növbəti görüşün tarixi barədə əlavə məlumat verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən