Zaxarova Serbiyadakı seçkilərdən sonra gözləntiləri açıqladı

 21:14 26.10.2026     72

Moskva Serbiyada keçirilən seçkilərdən sonra ölkə rəhbərliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə ümid edir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova diplomatik qurumun saytında yayımlanan şərhində bildirib.

“Seçkilərin nəticələrinə əsasən dövlət hakimiyyəti orqanları formalaşdırıldıqdan sonra Serbiya rəhbərliyinin mövcud müsbət potensialı qoruyacağına və Rusiya ilə qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığın inkişafı xəttini davam etdirəcəyinə ümid edirik”, – deyə diplomat qeyd edib.

Zaxarova vurğulayıb ki, Serbiya Rusiya üçün ənənəvi dost ölkədir. Onun sözlərinə görə, iki dövlət arasında siyasi, iqtisadi, mədəni-tarixi və humanitar sahələrdə geniş əlaqələr mövcuddur.

Xatırladaq ki, oktyabrın 25-də Serbiyada növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə müxalifətin “Tələbə siyahısı – Tələbələr qalib gəlir” hərəkatı qalib gəlib. Keçmiş prezident Aleksandar Vuçiç isə rəhbərlik etdiyi koalisiyanın məğlubiyyətə uğradığını açıqlayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən