ABŞ Braziliyada seçkilərin nəticələri ilə bağlı təbrik bəyanatını təxirə SALDI

 23:38 26.10.2026     69

ABŞ Prezident Donald Tramp administrasiyasının göstərişi ilə Braziliyada dövlət başçısı seçkilərinin nəticələrinə dair təbrik bəyanatının yayımlanmasını dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Tribuna do Norte” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqtonun ənənəvi diplomatik praktikasına uyğun olaraq hazırlanmış bəyanatın mətni artıq hazır olub. Lakin seçkilərdə məğlub olan namizəd Flaviu Bolsonarunun Luis İnasio Lula da Silvanın qələbəsini tanımadığını və səsvermənin nəticələrinin ləğvini tələb etdiyini bildirməsindən sonra sənədin dərc edilməsi təxirə salınıb.

Bolsonarunun etirazına Braziliya Ali Məhkəməsinin hakimi Kriştianu Zaninin səsvermənin hələ davam etdiyi məntəqələrin iş saatını 19:00-dək uzatmaq qərarı səbəb olub.

Braziliyanın Ali Seçki Məhkəməsi Lulanın yenidən prezident seçildiyini təsdiqləyib. O, 64 milyon 256 min 232 səs, yəni etibarlı səslərin 51,79 faizini qazanıb. Bolsonaru isə 59 milyon 826 min 41 səs (48,21 faiz) toplayıb.

ABŞ-nin Braziliyadakı səfirliyi bəyanatın nə vaxt yayımlanacağı ilə bağlı açıqlama verməyib.

“Imirante” nəşri qeyd edir ki, hazırkı fasilə 2022-ci ildəki vəziyyətdən fərqlənir. Həmin vaxt Co Bayden administrasiyası Jair Bolsonarunun seçkilərdə saxtakarlıq iddialarına baxmayaraq, Lulanın qələbəsini ilk tanıyan tərəflərdən biri olub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən