Putin Pezeşkianla İran ətrafındakı vəziyyəti müzakirə etdi - Video - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkian ilə İran ətrafındakı vəziyyəti və birgə layihələrin icrasını müzakirə ediblər.
Redaktor.az bu barədə İnterfaks"a istinadən xəbər verir.
"Biz indicə regiondakı vəziyyət barədə sizinlə (Məsud Pezeşkianı nəzərdə tutur - Red) təkbətək danışdıq. Şübhəsiz ki, regiondakı vəziyyət bizi də narahat edir. Xüsusilə də İranla sıx əməkdaşlıq edən ölkə olaraq bu məsələyə həssas yanaşırıq", – o deyib.
O, vəziyyətin müsbət inkişafına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya İranla birgə layihələr üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.
Putin həmçinin bildirib ki, cari ilin 8 ayı ərzində Rusiya və İran arasında ticarət dövriyyəsi 10,4 % artıb.
***
Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla təkbətək görüşdə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Biz indi sizinlə təkbətək söhbətimizdə regiondakı vəziyyəti müzakirə etdik. Sözsüz ki, bu vəziyyət təkcə bizdə deyil, xüsusilə İranla sıx əməkdaşlıq edən bir ölkə kimi ilk növbədə bizdə narahatlıq doğurmaya bilməz”, – deyə Rusiya dövlət başçısı görüş zamanı vurğulayıb:
Putin həmçinin Rusiyanın İrandakı birgə layihələr üzrə öz üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün Moskvaya səfər edib.












