Putin Qətər əmiri ilə GÖRÜŞDÜ

 21:36 27.10.2026     114

Rusiya Prezidenti Vladimir Putin Qətər əmiri, şeyx Təmim bin Həməd Al Tani ilə görüş keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, Rusiya lideri Moskvaya səfərinə görə həmkarına təşəkkür edib. Qətər əmiri isə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

“Rusiya Federasiyası ilə Qətər arasında münasibətlər möhkəm, davamlı və tarixi xarakter daşıyır”, – deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla da görüş keçirib. İran lideri Qaz İxrac Edən Ölkələr Forumuna (GECF) üzv dövlətlərin başçıları və hökumət rəhbərlərinin VIII sammitində iştirak etmək üçün Moskvaya gəlib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən