Tramp “süni intellekt” ifadəsini qadağan etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda “süni intellekt” termininin rəsmi istifadəsini qadağan edəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, “Sİ/süni intellekt” ifadəsinin qeyri-dəqiq olması səbəbindən yaxın vaxtlarda onun müvafiq sənədlərdə və digər sahələrdə istifadəsi rəsmən qadağan ediləcək.
Bundan əvvəl Tramp Ağ Evin “superintellekt” əvəzinə hələ də “süni intellekt” terminindən istifadə edən hər kəsi düşmən hesab etdiyini bildirmişdi.
Sentyabrın sonunda ABŞ Prezidenti federal qurumlara sənədlərdə “süni intellekt” ifadəsini “superintellekt” termini ilə əvəz etməyi tapşırıb. Yeni anlayışla bağlı təkliflərin 60 gün ərzində hazırlanması nəzərdə tutulub. Hələlik isə yeni ad eyni texnologiyaları ifadə edir.
Bu fonda Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də “Valday” klubunun plenar iclasında süni intellektin inkişafının mümkün “rəqəmsal totalitarizmə” gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, ekspertlər texnologiyanın yayılmasının insanların fərdiliyini itirməsinə və hamının eyni qəlibə salınmasına səbəb ola biləcəyindən narahatdırlar.
Xatırladaq ki, daha əvvəl ABŞ və Çin süni intellekt məsələləri üzrə qaynar xətt yaratmaq barədə razılığa gəliblər.
Xədicə BAXIŞLI












