Cənubi Koreya Ukrayna ilə diplomatik əlaqələri kəsmək İSTƏYİR
Cənubi Koreya Ukrayna ilə diplomatik münasibətləri tamamilə dayandırmaq ehtimalını nəzərdən keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ço Hyon “Newsis” agentliyinə açıqlamasında bildirib.
“Gərginlik artmaqda davam edərsə, diplomatik münasibətlərin kəsilməsi ehtimalının da mövcud olduğunu düşünürəm”, – deyə nazir qeyd edib.
Ço Hyon bu fikirləri parlamentin Xarici əlaqələr və birləşmə komitəsinin sədri, hakim “Xalqın Gücü” Partiyasının deputatı Son Sok Çunun sualını cavablandırarkən səsləndirib. Deputat hazırkı vəziyyətin Ukrayna ilə diplomatik münaqişəyə çevrilib-çevrilmədiyini və bunun faktiki olaraq diplomatik münasibətlərin kəsilməsinə bərabər olub-olmadığını soruşub.
Xatırladaq ki, bundan əvvəl Ço Hyon Seulun Ukraynadakı səfirliyindən səkkiz diplomatı geri çağırdığını açıqlayıb. Nazir qərarın Ukrayna tərəfinin, o cümlədən Şimali Koreya ilə sərhəddəki vəziyyət barədə səsləndirdiyi fikirlərlə bağlı olduğunu bildirib.
Xədicə BAXIŞLI












