Netanyahunun siyasi gələcəyini müəyyən edəcək seçkilərdə rekord fəallıq

 00:00 28.10.2026     58

İsraildə keçirilən parlament seçkilərində seçici fəallığı rekord həddə çatıb.

Redaktor.az xəbər verir ki, “The Times of Israel” nəşrinin ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən yaydığı məlumata görə, yerli vaxtla saat 18:00-a qədər seçicilərin 66,7 faizi səs verib.

Bu, həmin saat üçün qeydə alınmış ən yüksək göstəricidir. Müqayisə üçün, 2022-ci ildə eyni vaxtda seçici fəallığı 57,7 faiz olmuşdu.

Artıq 4,8 milyondan çox seçici səsvermədə iştirak edib.

Seçkilər Baş nazir Benyamin Netanyahunun siyasi gələcəyi baxımından həlledici hesab olunur. Rəy sorğuları onun rəhbərlik etdiyi koalisiyanın parlamentdə çoxluğu itirə biləcəyini göstərir.

Netanyahunun əsas rəqibi keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotdur.

Vumart və Güvən reklamı Vumart Güvən