Serbiyadan Rusiyaya qarşı sanksiyalarla bağlı AÇIQLAMA

 09:06 28.10.2026     70

Serbiyada parlament seçkilərində qalib gələn “Tələbə Siyahısı – Tələbələr Qalib Gəlir” hərəkatı Rusiyaya qarşı sanksiyaların tətbiqini dəstəkləmir.

Redaktor.az xəbər verir ki, bu barədə Serbiya Elmlər və İncəsənət Akademiyasının akademiki, Belqrad Universitetinin Kimya fakültəsinin professoru Radomir Saiç bildirib.

O qeyd edib ki, hərəkatın proqramında Rusiyaya qarşı sanksiyaların tətbiqinin dəstəklənmədiyi açıq şəkildə göstərilib.

Saiçin sözlərinə görə, Serbiya özü də sanksiyalarla üzləşib və bu cür məhdudiyyətlərin problemlərin həlli olmadığını anlayır.

O vurğulayıb ki, problemlər sanksiyalarla deyil, dialoq, danışıqlar və razılaşmalar yolu ilə həll edilməlidir. Hərəkatın nümayəndəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətlərinin olmadığını bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən