"Ukraynaya 350 milyard dollarlıq pulsuz silah verdilər" - Trampdan Baydenə ittiham

 09:15 28.10.2026     85

ABŞ Prezidenti Donald Tramp Texas ştatında keçirilən Respublikaçılar Partiyasının tərəfdarlarının mitinqində çıxış edərkən sələfi Co Baydenin administrasiyasının Ukraynaya 350 milyard dollarlıq hərbi yardım göstərməsini kəskin tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

"Biz ordunu yenidən quurduq. Sonra isə Bayden yaratdıqlarımızın çox hissəsini verdi. Ən azından qarşılığında bir şey tələb edə bilərdik. Axı bu, Avropadır. Onlar ödəyə bilərlər", - deyə Tramp bildirib.

ABŞ lideri Co Baydenin Ukraynaya külli miqdarda pulsuz hərbi avadanlıq verdiyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton bu qədər dəstək müqabilində amerikalıların aldadılması fikrindən başqa heç nə əldə etməyib.

Tramp bildirib ki, Avropa ölkələri Ukraynaya ötürülən silahların dəyərini özləri ödəmək imkanına malikdirlər. O, həmçinin hazırkı administrasiyanın hərbi təchizat qarşılığında müttəfiqlərdən ödəniş aldığını da əlavə edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən