Zaxarova Qərbin Rusiyaya qarşı siyasətini tənqid ETDİ

 11:11 28.10.2026     61

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Rusiyanı beynəlxalq səviyyədə təcrid etmək cəhdlərinin uğursuz olduğunu bildirib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomat Qərbin bu istiqamətdəki siyasətini tənqid edib.

“Rusiyanın guya təcrid olunması Qərb üçün tamamilə uğursuzluqdur. Bu, onların siyasətinin karikaturasıdır”, – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Qərb ölkələrinin Rusiyanın digər dövlətlərlə əlaqələrini məhdudlaşdırmaq cəhdlərini ikrahla izləyir.

Zaxarova, xüsusilə, Qərb nümayəndələrinin afrikalı iştirakçıları Rusiya-Afrika sammitində iştirak etmək üçün Moskvaya səfər etməkdən çəkindirmək cəhdlərinə diqqət çəkib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən